Fərid Rzayev heykəltəraş, rəssam, Azərbaycan Rəssamlar İttifaqının üzvü, Azərbaycan Dövlət Rəssamlıq Akademiyasının heykəltəraşlıq şöbəsində magistr dərəcəsi alıb. O, uşaq və gənclər arasında mədəniyyət və incəsənətin inkişafındakı xidmətlərinə görə Azərbaycan Respublikası Təhsil Nazirliyinin təşəkkür məktubu ilə təltif edilib. Rəssamın tələbələri arasında 2023-cü ildə respublika üzrə keçirilən respublika sərgisində çempionluğa layiq görülənlər də var.
Fərid monumental, dəzgahlı heykəltəraşlıq, minimalizm, modernizm istiqamətlərində işləyir, həmçinin işıqlı instalyasiyalarla təcrübələr aparır. Dərslər zamanı o, təkcə düzgün texnika və əsasları deyil, həm də “rəssamın düşüncə tərzini” öyrədir.
ART Lab dərslərində Fərid anatomiya, konstruksiya, dinamikanı öyrənmək, müxtəlif materiallarla işləmək və bütün sahələrdə bərabər şəkildə bacarıqları inkişaf etdirmək yolu ilə heykəltəraşlığı öyrədir. Hər 3 aydan bir “Nine Senses Art Lab” kursun bütün iştirakçılarının işlərindən ibarət sərgi keçirir və əsərlər satışa çıxarıla bilər.