Hadisələr
Nine Senses uşaq düşərgəsi
İlham verən yay!
Hər həftə — yeni macəra, yeni dostlar və unikal proqram.

Uşağınızı nələr gözləyir:
🎵 Musiqi — mahnılar, ritmlər, musiqili oyunlar və improvizasiyalar.
🎬 Animasiya — mini-filmlərin, cizgi filmlərinin və video layihələrin hazırlanması.
🎨 İncəsənət — rəsm, boyakarlıq, heykəltəraşlıq və yaradıcı ustad dərsləri.
🎭 Teatr — səhnə oyunları, tamaşaların hazırlanması, özünəinamın və emosional bacarıqların inkişafı.
🧩 Oyunlar — açıq havada idman, məntiq və komanda oyunları.

Niyə Nine Senses-i seçməyə dəyər:
Hər həftə — yeni mövzu və unikal proqram.
Müəllimin hər bir uşağa diqqət ayıra bilməsi üçün kiçik qruplar.
Yaradıcı, sosial və emosional bacarıqların inkişafı.
Uşaqların təşəbbüs göstərə bildiyi azadlıq və sevinc mühiti.
Hər gün ilham və əyləncə — darıxdırıcı və təkrarlanan fəaliyyətlər olmadan.

Valideynlər üçün:
Uşaqlar yaradıcılıq və oyunlarla məşğul olduğu müddətdə siz rahat ola bilərsiniz: hər gün təhlükəsiz şəkildə təşkil olunur və uşaqların inkişafına xidmət edən fəaliyyətlərlə zəngin olur.
Nine Senses uşaq düşərgəsi
Nine Senses Fest 2025
Nine Senses Fest 2025 belə keçdi. ✨
3 gün yoqa, nəfəs, səs, meditasiya, bədən praktikaları və yaradıcı kəşflər. Həm özümüzlə, həm də başqaları ilə sükutda və hərəkətdə görüşdük.

💫Proqrama daxil idi:
— Yoqanın müxtəlif istiqamətləri
— Qigong və enerji praktikaları
— Soundhealing
— Perukua ilə səs praktikaları
— Mühazirələr və ənənələrdə sufi mədəniyyəti və fəlsəfəsi
— Yaradıcı seminarlar və art terapiya
— Qadın və kişi çevrəsi, mühazirələr, konsertlər, yerli brendlər bazarı

Yeni tanışlıqlar, gözlənilməz kəşflər və unutmaq istəməyəcəyimiz məqamlar oldu.

Bizimlə olan hər kəsə təşəkkür edirik. ❤️
Nine Senses Fest 2025
«Qobustan Kodları» sərgisi
DNT-ni aktivləşdirən və şüuru genişləndirən, səma mənşəyini simvolizə edən, kosmik şüaları altında insan obrazlı əsər.
1. "Yaradılış"
2. "Energetik Cisim"
İnsan bədəninin incə energetik strukturunu, qədim yogik təcrübələrə və insan bədənindəki incə enerjilər haqqında təcrübələri əks etdirən əsər.
Cənnətlə Yer Üzü arasındakı əlaqəni təmsil edən, insanın dünyalar arasında körpü rolunu əks etdirən unikal simvol.
5. "Kök Çakraları Sistemi"
4. "İnsanın Kosmik Dramı"
İlahi mənbə ilə əlaqənin itirilməsini simvolizə edən “dəhşət dəbilqəsi” geyinmiş insan obrazı.
Süd yolunu və insanın kosmosla əlaqəsini simvolizə edən Ulu Ana obrazı.
3. "Ulu Ana"
Beş işıq mandalasının simvolikası
Qobustanın qədim petroqlifləri insan varlığının köklərini araşdıran sərgidə müasir rəssamların əsərləri vasitəsilə dünyamıza daxil olur.

10 noyabr 2024-cü il tarixindən etibarən Bakıdakı “Nine Senses” incəsənət mərkəzində “Nine Senses”in, sərginin kuratoru Qobustan şamanı Tərlan Manafov ilə təşkilatçılığı çərçivəsində, eləcə də AZBRAND-ın sponsorluğu ilə “Qobustan kodları” adlı tədqiqat sərgisi açılacaqdır.

Sərginin açılış tədbiri qədim Qobustan nişanələri elementlərindən toplanmış və müasir rəssamın əsərlərində təzahürünü tapmış, beş mandaladan ibarət tədqiqat hissəsini, və rejissor Toğrul Avşarın Qobustanda çəkilmiş filminin premyerasını əhatə edir.

Sərginin və həmçinin filmin təməlində Mahatma Rerixin “Zərdüşt” adlı nadir əsəri durur. Mumbaydan olan zərdüştilərin xahişi ilə böyük ustad Zərdüşt rəssamın vətəni Azərbaycanda təsvir edilmişdir.
Sərgi ziyarətçiləri Qobustanın qədim arxetip kodlarının araşdırıldığı, insanın və incəsənətin mənşəyi haqqında yeni baxış bucağı təklif edən kəşfiyyata qərq olmağa dəvət edir. Beləliklə, rəssam özü bələdçi, aktivator, qədim arxetipi müasir dünyaya keçirən "beşinci element" olur.

“Qobustan Kodları” sərgisi insanın və incəsənətin yaradılışının nəzəriyyəsində elmi və ruhani yanaşmaları özündə birləşdirir. Ekspozisiyada Qobustanın beş petroqlifi təqdim olunur ki, həmin petroqliflər, qədim simvolların müasir təsviri olan, beş işıq mandalasının yaradılmasında əsas rol oynayıblar.

Ahəng və bütövlük rəmzi olan mandalalar rəssamın əsərlərinin kompozisiyasının mərkəzində yer alaraq, ziyarətçilərə diqqət cəmləşdirməkdə və daxili balans tapmaqda yardım olur.
Qobustan kodları
Nine Senses feat Amorini Concept
Jam Session
Yaradıcılıq və Psixologiya Simpoziumu 2023
Uşaqların Müdafiəsi Günü
Skott Trostdan aktyorluq təlimi (10-11.08.2024)
Nine Senses feat Amorini Concept