Sura İbrahimova qobelen rəssamıdır, Azərbaycan Dövlət Rəssamlıq Akademiyasının dekorativ-tətbiqi sənət fakültəsinin məzunudur. Onun istedadı rəssam Tahir Salahov tərəfindən yüksək qiymətləndirilib. Sura müxtəlif sərgilərdə iştirak edib, tələbələrinin işlərindən ibarət bir neçə sərgi təşkil edib.
Artıq altı ildir ki, Sura təsviri incəsənət müəllimi kimi fəaliyyət göstərir, uşaqlara sənətin müxtəlif janrlarından qobelen, batika, vitraj, tikmə, kollaj, abstraksiya və qeyri-ənənəvi rəsm üsullarını öyrədir. Dərslər zamanı şagirdlər incə motor bacarıqlarını və yaradıcı təfəkkürlərini inkişaf etdirir, həmçinin müxtəlif materiallar və üsullarla işləyərək mürəkkəb bədii bacarıqlara yiyələnirlər.