6–16 yaşlı uşaqlar üçün
23 iyun — 22 avqust 2025
“Nine Senses Art Center”də

ƏSAS
İSTİQAMƏTLƏR
  • Blogerlik məktəbi
  • Media peşələri və ictimai çıxış
  • Dizayn düşüncəsi və kreativ sənaye
  • Animasıya və səsləndirmə
  • Hədəfləmə

"İstedad məktəbi"
Gələcəyin ulduzları düşərgəsi!

Burada uşaqlar cəsarətli olur, böyük xəyallar qurur və özləri kimi olmağı öyrənirlər.

DÜŞƏRGƏ BARƏDƏ
“Nine Senses” xüsusi proqram və metodika ilə hazırlanmış yay düşərgəsinə uşaqları dəvət edir. “Nine Senses Summer Camp” inkişafı, yaradıcılığı və fərqindəliyi birləşdirir. Bura istedadların üzə çıxdığı, məqsədlərin formalaşdığı, yaradıcı düşüncənin təkmilləşdiyi və xəyalların həyata keçdiyi yerdir.

Hər həftə — yeni mövzu və özünü fərqli rollarda sınamaq üçün yeni fürsətlər: bloger, dizayner, aktyor, spiker, sahibkar, sənətkar, daxili dünya kəşfiyyatçısı.

Məzmun, storitellinq, çəkiliş və montaj — əmin addımlarla yaradıcı şəkildə ekranlardan dünyaya səslənəcəyik.

BLOGERLİK MƏKTƏBİ

Kamera qarşısında iş, improvizasiya, danışıq tərtibatı, bədən dili və səhnə təfəkkürü.

MEDİA PEŞƏLƏRİ VƏ İCTİMAİ ÇIXIŞ

İdeya necə yaranır və həyata keçirilir — prototipdən tətbiqə qədər.

DİZAYN DÜŞÜNCƏSİ VƏ KREATİV SƏNAYE

ANİMASİYA VƏ SƏSLƏNDİRMƏ

Personajları canlandırır və öz qısametrajlı filmlərimizi yaradırıq. Bunun üçün real studiyada işləyirik.

HƏDƏFLƏMƏ

Məqsəd qoymağı, özümüzə inanmağı, nə istədiyimizi başa düşməyi və arzularımız üçün hərəkətə keçməyi öyrənirik.

İŞTİRAKÇILARDAN PARLAQ LAYİHƏ

  • Mini Fashion Show
  • Səhnə şousu
  • Cizgi filmi
  • Performans və ya TED sayağı çıxış
  • İdeyalar
  • Yaradıcılıq sərgisi

HƏR NÖVBƏNİN FİNALINDA —

MÜƏLLİMLƏR

ALEKSEY MAYOROV — öz praktikasında teatr prodüserinin genişmiqyaslı baxışını və səs terapiyası mütəxəssisinin zərgər dəqiqliyini birləşdirən unikal ustaddır. On min tamaşaçı üçün oxuyan kasalarla (singing bowls) performans təşkil etmiş bir insan kimi, o, rezonansın kollektiv gücünü heç kimdən daha yaxşı anlayır.

İLKİN ZƏFƏRLİ — “Nine Senses” rəqəmsal animasiya studiyasının rəhbəri və müəllimi, fotoqraf, rejissor. 10 ildən artıqdır ki, bədii fotoqrafiya ilə məşğul olur. Adobe Stock, ShutterStock və digər platformalar üçün 70 mindən çox məzmun yaradıb. O, obrazlar yaratmağı, səsləndirməyi və obrazları səsləndirməyi öyrədir. Əsas prinsipləri – yaradıcı azadlıq və yeni ideyalardır.

FƏRİD RZAYEV — heykəltəraş, rəssam, Azərbaycan Rəssamlar İttifaqının üzvü və uşaqları əsl yaradıcılar kimi düşünməyə ruhlandıran mentor. ART Lab dərslərində uşaqlar heykəllər düzəldəcək, anatomiyə və formalara yiyələnəcək, bədii düşüncələrini inkişaf etdirəcək və müxtəlif materiallarla işləyəcəklər. Fəridin rəhbərliyi altında uşaqlar şüurlu yaradıcılıq prosesinə qapılacaq, xəyal gücünü oyadacaq və özünəinam qazanacaqlar. Dərslərdə müşahidə qabiliyyətinin, məkan qavrayışının və fərdi üslubun inkişafına xüsusi önəm veriləcək.

SURA İBRAHİMOVА — 10 ildən çox təcrübəsi olan pedaqoq. Dövlət Rəssamlıq Akademiyasını bitirib, tətbiqi dekorativ sənət fakültəsində təhsil alıb. Rəssam, art-instruktor və uşaq sərgilərinin təşkilatçısıdır. Sura ardıcıl olaraq 3 ildir ki, “Nine Senses Camp”da məsləhətçi işləyir və hər bir iştirakçının özünü kəşf etməsinə, dostlar tapmasına, mehriban olmasına və həqiqi mənliyi ilə əlaqəni gücləndirməsinə kömək edir.

QALİB BAĞIROV — “Nine Senses”də animasiya müəllimi. Təsvir rejissoru və bədii fotoqrafdır, vizual incəsənət və sənədli müşahidə sahələrində işləyir. Azərbaycanda və xaricdə kommersiya layihələri, qısametrajlı, bədii və sənədli filmlər çəkir. Onun qısametrajlı filmləri Türkiyə, İngiltərə və Meksikadakı müxtəlif festivallarda nümayiş olunub.

  • Təhlükəsizlik — prioritetimizdir
Düşərgə mühafizə olunan ərazidə yerləşir və 24 saat kamera nəzarəti altındadır;

  • Rahat transfer
Gündəlik gediş-gəliş transferi təşkil edir;

  • Peşəkar komanda
Uşaqları sevən və hörmətlə yanaşan təcrübəli müəllimlər və qayğıkeş komanda;

  • Sübut olunmuş keyfiyyət
Düşərgə 2 uğurlu sezonu başa vurub — xoşbəxt uşaqlar və minnətdar valideynlər yenidən müraciət edirlər;

  • Sərfəli qiymət və endirimlər

Niyə Nine Senses Summer Camp?

Həftədə 390 AZN (gündə 3 dəfə qidalanma və dərs materialları daxildir)
Transfer — daxil

ENDİRİM SİSTEMİ
Balaca iştirakçılarımızı və onların ailələrini sevindirmək üçün sərfəli endirimlər etdik:

AİLƏVİ ENDİRİMLƏR:
— İkinci uşaq üçün — 10%
— Üçüncü uşaq üçün — 20%
— Dördüncü uşaq üçün — 30%

DOSTLARIMIZ ÜÇÜN:
— Keçən ilki düşərgə iştirakçıları üçün — 20%
— Əsas Nine Senses paketinin sahibləri üçün — 20%

NINE SENSES SUMMER CAMP 2025
USAQ DÜŞƏRGƏSİNDƏ İŞTİRAK ÜÇÜN ÖDƏNİŞ ŞƏRTLƏRİ

📍 Məkan: Nine Senses Art Center, Sea Breeze Resort

📅 Tarix: 23 iyundan 22 avqustadək

📆 Günlər: Bazar ertəsi — Cümə

🕒 Saat: 10:00 — 17:00

👥 Yaş: 6-16

📦 Format: ayrıca tematik blokları və ya tam növbəni seçə bilərsiniz

🍽 Qidalanma: düşərgə proqramına gündə 3 dəfə qidalanma daxildir

🚌 Nəqliyyat: gediş-gəliş üçün transfer təşkil olunur

🛡 Təhlükəsizlik: mərkəzdə mühafizəçi və müşahidə kameraları var

Format və şərtlər

RƏYLƏR

Nine Senses-in əvvəlki uşaq düşərgəsinə gələn