MÜƏLLİMLƏR
KONSTANTİN SOLDATOV — prodüser, teatr və kino rejissoru, aktyor, pedaqoq. HI-FIVE aktyorluq metodikasının və müxtəlif oyun proqramlarının müəllifidir. Təhsili: Rus Teatr Sənəti İnstitutu (aktyor, rejissor) və Teatr Liderləri Məktəbi. Rusiyanın “Qızıl Maska” mükafatına namizəd olub, beynəlxalq layihə və festivallarda iştirak edib. Bir sıra YouTube və Instagram layihələrinin kreativ direktorudur. ART-BANDA yaradıcı birliyinin bədii rəhbəridir. “TEATR O2” (Bakı) teatrının rejissoru kimi fəaliyyət göstərir.
İRİNA YAKUBENKO — teatr və kino aktrisası, rejissor, pedaqoq. Təhsili: Rus Teatr Sənəti İnstitutu (aktrisa), səhnə nitqi üzrə ixtisasartırma kursları (B. Morozovun ustad dərsi). Teatr və kinoda 100-dən çox rolda çıxış edib. Yeniyetmələr üçün layihələrdə pedaqoqdur, teatr festivalları laureatıdır və oynadığı tamaşaları “Qızıl Maska”ya layiq görülüb. Həmçinin “TEATR O2” tamaşalarının rejissoru dur.
İLKİN ZƏFƏRLİ — “Nine Senses” rəqəmsal animasiya studiyasının rəhbəri və müəllimi, fotoqraf, rejissor. 10 ildən artıqdır ki, bədii fotoqrafiya ilə məşğul olur. Adobe Stock, ShutterStock və digər platformalar üçün 70 mindən çox məzmun yaradıb. O, obrazlar yaratmağı, səsləndirməyi və obrazları səsləndirməyi öyrədir. Əsas prinsipləri – yaradıcı azadlıq və yeni ideyalardır.