Haqqımızda

2022-ci ildə yaradılmış “Nine Senses” incəsənət mərkəzi müxtəlif yaşlı və fərqli fəaliyyət növləri ilə məşğul olan şəxslər üçün maarifləndirici və əyləncəli proqramlar, tədbirlər və sərgilər təklif edən yaradıcılıq məkanıdır. Bakının mərkəzindən 30 dəqiqəlik məsafədə, Xəzərin küləkli sahilində yerləşən “Nine Senses” incəsənət mərkəzində müasir studiya və tədris otaqları, sərgi və tamaşa meydançaları, kafe və bir çox digər obyektlər mövcuddur. Burada fərdi və ya qrup, eləcə də ailəvi şəkildə yaradıcılıq fəaliyyətlərində iştirak etmək üçün imkanlar yaradılıb.

Bizim missiyamız müxtəlif yaşda olan və fərqli fəaliyyət növləri ilə məşğul olan incəsənət həvəskarlarını birləşdirəcək rahat bir məkan yaratmaqdır. Biz hər birimizin daxilində yaradıcılıq və əyləncəni sevən ruhun olduğuna inanırıq və insanların maraq dairələrinə uyğun olan bir çox istiqamətlərə aid dərslər, seminarlar, tədbirlər, sərgilər və dərnəklər üzrə müxtəlif master-klaslar təklif edirik. İlham axtaran peşəkarı, öyrənmək və əylənmək istəyən sənətsevəri, yaxud sadəcə yeni hobbi əldə etmək niyyətində olan həvəskarı sevindirəcək “Nine Senses” incəsənət mərkəzi hər kəsi salamlayır.

Biz aşağıdakı xidmətləri təklif edirik:

  •  Bütün yaş və bacarıq səviyyələri üçün incəsənət dərsləri və sənətkarlıq emalatxanaları
  •  Əyləncəli həftəsonu proqramları
  •  Uşaqlar üçün yay məktəbləri
  •  Kino nümayişləri, teatr və rəqs tamaşaları
  •  Sərgilər
  •  Hədiyyə və yaradıcılıq ləvazimatları mağazası
  •  Peşəkar inkişaf proqramları
  •  Yaradıcılıq həvəskarları üçün görüş sahəsi